...

ÜST: Qərbi Afrika ölkələrində "Ebola" virusunun qurbanlarının sayı 1552 nəfərə çatıb

Hadisə Materials 28 Avqust 2014 15:44 (UTC +04:00)
Qərbi Afrika ölkələrində tüğyan edən "Ebola" virusunun qurbanlarının sayı 1552 nəfərə çatıb, 3069 nəfər isə bu virusa yoluxub.
ÜST: Qərbi Afrika ölkələrində "Ebola" virusunun qurbanlarının sayı 1552 nəfərə çatıb

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Qərbi Afrika ölkələrində tüğyan edən "Ebola" virusunun qurbanlarının sayı 1552 nəfərə çatıb, 3069 nəfər isə bu virusa yoluxub. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Liberiya qeydiyyatdan keçmiş vaksinin və ya dərmanın mövcud olmadığı xəstəlikdən ölənlərin sayına görə liderlik edir. Bu ölkədə 694 ölüm halı qeydə alınıb. Xəstəliyin ötən ilin dekabrından tüğyan etdiyi Qvineyada 430, Syerra-Leonedə 422, Nigeriyada isə 6 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti