...

Bakı aeroportunda sərnişinin baqajında soyuq silah aşkar edilib

Hadisə Materials 3 Sentyabr 2014 16:27 (UTC +04:00)
Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbuldan gələn Azərbaycan vətəndaşının çamadanında soyuq silah aşkar edilib.
Bakı aeroportunda sərnişinin baqajında soyuq silah aşkar edilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbuldan gələn Azərbaycan vətəndaşının çamadanında soyuq silah aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Kərim Ziyadxanova məxsus baqaj rentgen aparatından keçərkən monitorda bıçağa oxşar əşyanın təsviri görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman K.Ziyadxanova məxsus çamadandan gömrük nəzarətinə təqdim olunmayan, metaldan hazırlanan və ümumi uzunluğu təxminən 290 mm, "beşbarmağ"a oxşar dəstəyində isə "U.S.1918" hərf və rəqəm işarələri həkk olunan 1 ədəd bıçaq aşkar edilib.

İlkin araşdırma zamanı K.Ziyadxanov izahatında aşkar olunan bıçağı San-Marinodan suvenir kimi 20 avroya aldığını, lakin qadağan olunduğunu bilmədiyinə görə Azərbaycan Respublikasına gətirdiyini deyib.

Ədliyyə Nazirliyi Мәһkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmet zavod üsulu ilə istehsal edilib, iki tərəfi kəsici, ucu deşici və əzici-vurucu xassələrə malik, kombinə edilmiş kastet-xəncərdir və soyuq silah hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti