Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda həyat yoldaşını bıçaqlayan kişi həbs olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 13-ü saat 06:15 radələrində Mərdəkan qəsəbəsi, Pioner küçəsində yaşayan Pərvin Əliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı Taleh Əliyev Xəzər Rayon Polis İdarəsi 1-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.