...

Azərbaycanda dəfələrlə məhkum olunmuş şəxsdən odlu silah və külli miqdarda narkotik götürülüb (FOTO)

Hadisə Materials 4 Oktyabr 2014 12:56 (UTC +04:00)
Azərbaycanda qanunsuz odlu silah və külli miqdarda narkotik maddə əldə edib saxlamaqda təqsirli bilinən şəxs saxlanılıb.
Azərbaycanda dəfələrlə məhkum olunmuş şəxsdən odlu silah və külli miqdarda narkotik götürülüb (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda qanunsuz odlu silah və külli miqdarda narkotik maddə əldə edib saxlamaqda təqsirli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah və külli miqdarda narkotik maddə əldə edib saxlamaqda təqsirli bilinən şəxsi yaxalayıb.

Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Binəqədi rayon Xocahəsən qəsəbə sakini, 38 yaşlı Fuad Əsədullayevin yaşadığı evdən İtaliya istehsalı olan 1 ədəd Parad-117 markalı tapança səsboğucusu ilə birgə tapılaraq götürülüb. Saxlanılan şəxsin üstünə baxış zamanı narkotik maddə olan marixuana da aşkarlanıb.

Əməliyyatçılar evdən həmçinin 6 kiloqramdan çox qurudulmuş marixuana da aşkarlayıblar. Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir əldə edib yaşadığı evdə gizlədib. Narkotik maddəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.

Faktlarla bağlı cinayət işi açılıb, əvvəllər də dəfələrlə məhkum olunmuş Fuad Əsədullayevin ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti