...

Oğuzda yol qəzası baş verib, ölən var

Hadisə Materials 7 Noyabr 2014 05:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Oğuzda yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Oğuz rayonu, Bucaq kəndində "ZİL" markalı yük avtomobili ilə "Volkswagen" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə minik avtomobilinin sürücüsünün sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti