Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Karaman vilayətinin Ermenek şəhərindəki mədənin dağıntıları altından daha iki işçinin cəsədi çıxarılıb.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hazırda 14 mədən işçisinin cəsədinin axtarışı davam edir.
Noyabrın 7-də iki mədən işçisinin cəsədi aşkar edilmişdi.
Qeyd edək ki, oktyabrın 28-də Ermenek şəhərindəki mədəndə uçqun baş vermişdi. Hadisədən sonra mədən ərazisinə su dolmuşdu. Qəza zamanı mədəndə təqribən 40 işçi olub. Onlardan çoxu xilas edilib.