Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
"Türk Hava Yolları"nın İstanbul-Düsseldorf reysini həyata keçirən təyyarəsi İstanbulun Atatürk Hava Limanına məcburi eniş edib.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, "Airbus A321" təyyarəsi quş dəstəsi ilə toqquşduğuna görə eniş etməyə məcbur olub.
Məlumata görə, bütün sərnişinlər Düsseldorfa digər reyslə yola salınıb.