...

Baş Prokurorluq: Ağcabədi sakininin 54 nəfəri zorlaması yalandır

Hadisə Materials 20 Noyabr 2014 16:56 (UTC +04:00)
Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun 46 yaşlı sakininin 54 nəfəri zorlaması barədə yayılan xəbəri təkzib edir.
Baş Prokurorluq: Ağcabədi sakininin 54 nəfəri zorlaması yalandır

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/

Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun 46 yaşlı sakininin 54 nəfəri zorlaması barədə yayılan xəbəri təkzib edir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlunun güya 54 nəfəri zorlamasına dair həqiqəti əks etdirməyən məlumatlar dərc edilib: "Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir və bununla əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkmiş şəxs qismində tanınıb, Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti