...

Hamburqda Charlie Hebdo qəzetində olan karikaturanı çap etmiş ofisi yandırıblar

Hadisə Materials 11 Yanvar 2015 14:11 (UTC +04:00)
Hamburqda ötən gecə Hamburger Morgenpost redaksiyasının ofisinə naməlum şəxslər alışdırıcı maddə ilə olan şüşə atıblar.
Hamburqda Charlie Hebdo qəzetində olan karikaturanı çap etmiş ofisi yandırıblar

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Hamburqda ötən gecə Hamburger Morgenpost redaksiyasının ofisinə naməlum şəxslər alışdırıcı maddə ilə olan şüşə atıblar. Trend qəzetin öz saytına istinadən bu barədə məlumat verir.

Hadisə gecə saat iki radələrində baş verib. Bildirilir ki, alışdırıcı maddə ilə olan şüşə qəzetin arxivinə düşüb və yanğın burada başlayıb. Jurnalistlər bildirirlər ki, bəzi sənədlər yanıb, amma insanların heç biri xəsarət almayıb.

Polis, həmin rayonunda olan iki nəfər şübhəli şəxsi yaxalayıb. Onların insidentə aidiyyəti dəqiqləşdirilir.

Bundan öncə Hamburger Morgenpost Fransanın Charlie Hebdo jurnalında olan Məhəmməd peyğəmbərin karikaturasını çap edib. Yeri gəlmişkən, redaksiya hələlik gecə yanğınını məhz satirik şəkilin dərc olunması ilə əlaqələndirməyə tələsmir.

Xəbər lenti

Xəbər lenti