...

Qohumunu qətlə yetirdi

Hadisə Materials 11 Fevral 2015 14:47 (UTC +04:00)
Bakıda 26 yaşlı qohumunu qətlə yetirən gənc tutulub.
Qohumunu qətlə yetirdi

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda 26 yaşlı qohumunu qətlə yetirən gənc tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 10-da saat 21 radələrində Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Vüqar Salmanov bıçaqla qətlə yetirilib.

Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən qohumu, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Əfqan Yusupov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti