Azərbaycan, Bakı, 20 fevral /Trend/
Şəmkirdə daş sexi yanıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadan məlumat verir ki, ötən gün Bakı-Qazax yolunun 387-ci kilometrliyində, Şəmkir rayonu ərazisində vətəndaşa məxsus daş sexində yanğın hadisəsi baş verib.
Yanğın zamanı ümumi sahəsi 1400 kvadratmetr olan daş sexində 20 kvadratmetr qurutma otağının tavanı, 5 kvadratmetr sahədə qəlib yanıb.
Daş sexinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.