...

Dələduzların digər dələduzluq əməllərinin də üstü açıldı

Hadisə Materials 25 Fevral 2015 14:56 (UTC +04:00)
Dələduzluğa görə tutulmuş şəxslərin digər dələduzluq əməllləri törətməsi də müəyyən edilib.
Dələduzların digər dələduzluq əməllərinin də üstü açıldı

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

Dələduzluğa görə tutulmuş şəxslərin digər dələduzluq əməllləri törətməsi də müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 18-də dələduzluq etdiyinə ğörə tutulmuş Vüqar Hüseynovun ətrafında Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 8 nəfərin etimadlarını qazanaraq ümumilikdə onlardan 26100 manat alması da müəyyən edilib.

Fevralın 24-də dələduzluq etdiyinə görə tutulmuş Əlövsət Məhərrəmovun ətrafında Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə isə onun daha 6 nəfərin etimadlarını qazanıb ümumilikdə onlardan 50710 manat alması da müəyyən edilib.

Fevralın 20-də dələduzluq etdiyinə görə tutulmuş Faiq Alirzayevin ətrafında Pirallahı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini Teymur Əfəndiyevin və Balakən rayon sakini Abdulla Abdullayevin etimadlarını qazanıb ümumilikdə onlardan 7700 manat alması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti