...

Sumqayıtda avtomobillə vurulan piyada hadisə yerindəcə ölüb

Hadisə Materials 27 Fevral 2015 12:31 (UTC +04:00)
Sumqayıtda Naxçıvan MR sakininin idarə etdiyi avtomobillə vurulan piyada ölüb.
Sumqayıtda avtomobillə vurulan piyada hadisə yerindəcə ölüb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Sumqayıtda Naxçıvan MR sakininin idarə etdiyi avtomobillə vurulan piyada ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 26-da saat 22 radələrində Sumqayıt şəhərində Naxçıvan MR Culfa rayon sakini Mahir İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən şəhər sakini Elbrus Paşayevi vurub. Nəticədə piyada E.Paşayev hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti