...

Bakıda 3 qudlur bir nəfəri talayıb

Hadisə Materials 1 May 2015 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/

Paytaxtda quldurluq edən 3 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 28-də saat 23 radələrində M.Hadi küçəsində Mingəçevir şəhər sakini Bəxtiyar Əliyevə qarşı bıçaqla quldurluq əməli törətməklə, onun qızıl boyunbağısını talamaqda şübhəli bilinənlər - Quba rayon sakini, 1979-cu il təvəllüdlü Daşqın Ramazan oğlu Becanov, Naxçıvan şəhər sakini, 1980-ci il təvəllüdlü Vüqar Məcid oğlu Məmmədov və Şəki rayon sakini Laçın İsfəndiyar oğlu Şərifli müəyyən olunaraq tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti