Azərbaycan, Bakı, 7 iyul /Trend/
Qazax rayonunda 35 ha sahədə taxıl sahəsi yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qazax rayonu Aslanbəyli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ərazidə 35 ha sahədə biçilməmiş taxıl sahəsi, kənd bələdiyyəsinə məxsus ərazidə 130 ha sahədə biçilmiş taxıl sahəsi və quru ot yanıb.
Yaxınlıqdakı tikililər və yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub.
Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.