...

Gəncədə 2 tona yaxın çətənə bitkisi məhv edilib

Hadisə Materials 13 İyul 2015 15:22 (UTC +04:00)
Gəncə şəhərində 1870 kiloqramdan artıq çətənə bitkisi məhv edilib.
Gəncədə 2 tona yaxın çətənə bitkisi məhv edilib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlkin İzzət/

Gəncə şəhərində 1870 kiloqramdan artıq çətənə bitkisi məhv edilib.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasındən Trend-ə verilən məlumata görə, Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2015" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbirləri keçirilib.

Tədbirlər zamanı Kəpəz rayonunun inzibati ərazisində 1438 ədəd, çəkisi 1870 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Aşkar olunan çətənə kolları yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti