...

Cərəyan sex işçisini öldürdü

Hadisə Materials 15 İyul 2015 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Bakı sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-də saat 21 radələrində Binəqədi rayon ərazisində Bakı şəhər sakini Zahir Babayevə məxsus daş sexində, orada işləyən paytaxt sakini Xalid Məmmədovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti