...

Silahlı insident törədən Qazax sakini tutulub

Hadisə Materials 3 Avqust 2015 13:19 (UTC +04:00)
Qazaxda insident baş verib.
Silahlı insident törədən Qazax sakini tutulub

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Elmir Murad/

Qazaxda insident baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, Qazax rayon sakini Şadət Süleymanovu döyərək, daha sonra ov tüfəngindən onun istiqamətində havaya atəş açmış həmyerlisi İmran Qafarov tutulub.

Belə ki, Qazax rayon sakini Ş.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək iyulun 31-də rayonun "Ceyran çöl" adlanan ərazisində Dağkəsəmən kənd sakini İ.Qafarovun münaqişə zəminində onu döyməsini və ov tüfəngindən onun istiqamətində havaya atəş açmasını bildirib.

RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qafarov tutulub və ondan "TOZ-16" markalı tüfəng götürülərək müsadirə olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti