Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Elmir Murad/
Günorta saatlarında İmişli rayonunda bir nəfər süni göldə batıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Mürsəlli kəndində baş verib.
Süni göldə batan 1972-ci il təvəllüdlü Cəfərov Əsəd Allahverdi oğlunun cəsədi Nazirliyin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən, 5 m aralıda tapılaraq sudan çıxarılıb.
Əməliyyat saat 16:58-də başa çatıb.