...

Mənzildən 2250 manat və qızıl oğurlayan şəxs tutuldu

Hadisə Materials 8 Oktyabr 2015 15:47 (UTC +04:00)
Abşeron rayonunda pul və qızıl əşyalar oğurlayan şəxs tutulub.
Mənzildən 2250 manat və qızıl oğurlayan şəxs tutuldu

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Elmir Murad/

Abşeron rayonunda pul və qızıl əşyalar oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oğurluq faktı Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yaşayan Gülnar Muradovanın evindən 2250 manat və qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş tanışı Rəmzi Əliyev tutularaq istintaqa cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti