...

İcra məmurlarının tələblərini yerinə yetirməyən, vergi borclarını ödəməyən 3250 nəfər məsuliyyətə cəlb olunub

Hadisə Materials 14 Oktyabr 2015 21:39 (UTC +04:00)
Bu il icra məmurlarının tələblərini yerinə yetirməyən, vergi borclarını ödəməkdən boyun qaçıran 3250 nəfər məsuliyyətə cəlb olunub.
İcra məmurlarının tələblərini yerinə yetirməyən, vergi borclarını ödəməyən 3250 nəfər məsuliyyətə cəlb olunub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Bu il icra məmurlarının tələblərini yerinə yetirməyən, vergi borclarını ödəməkdən boyun qaçıran 3250 nəfər məsuliyyətə cəlb olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqların nazirliyin kollegiyasında müzakirəsi və nazirliyin 9 ayda fəaliyyətinin yekunlarının təhlili zamanı bildirilib.

Mülki və iqtisadi münasibətlərin sürətlə artması, insanlarda məhkəmələrə inam hissinin yüksəlməsi məhkəmə mübahisələrinin və icra işlərinin sayının xeyli çoxalmasına səbəb olub. 2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb. Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb.

Həmçinin vergi borcları ilə bağlı və digər icra sənədlərinin icrası vəziyyətinə toxunularaq bildirilib ki, 2015-ci ilin ötən dövr ərzində qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan qərəzli şəkildə yayınan, həmçinin vergi borclarını ödəməkdən boyun qaçıran 3250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Bununla yanaşı, vergi borcları ilə bağlı icra işinin səmərəliliyinin artırılması məqsədilə Vergilər Nazirliyi ilə birgə vergi ödəyiciləri barədə məlumatların elektron mübadiləsi üzrə tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti