...

Samuxda qəza: 2 ölü, 2 yaralı

Hadisə Materials 19 Noyabr 2015 10:24 (UTC +04:00)
Samuxda baş vermiş ağır yol qəzasında 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Samuxda qəza: 2 ölü, 2 yaralı

Trend-i buradan izləyin

Bakı. Trend:

Samuxda baş vermiş ağır yol qəzasında 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Samuxun Çobanabdallı kəndinə gedən yolda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Minik avtomobilinin dirəyə çırpılması nəticəsində 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Gəncə şəhər Təcili-Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti