...

Bakıda 11 min ədədə yaxın "partladan"ın satışı baş tutmadı

Hadisə Materials 26 Dekabr 2015 14:16 (UTC +04:00)
Bakıda 11 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələr aşkar edilib.
Bakıda 11 min ədədə yaxın "partladan"ın satışı baş tutmadı

Bakı. Trend:

Bakıda 11 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitə aşkar edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxın Sabunçu, Nəsimi, Binəqədi və Qaradağ rayonları ərazilərində səyyar ticarətlə məşğul olan Əziz Mehrəliyev, Zakir Abdullayev, Kərim Əhmədov və Gülağa Rəhimovdan ümumilikdə 10 723 ədəd yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitə aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti