Bakı. Trend:
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evin divarında quraşdırılmış 1 ədəd qaz sayağacı və yaxınlıqdan keçən plastik boru 2 p.m sahədə yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, ev yanğından mühafizə olunub. Yanğın saat 05:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.