...

Zərdabda ev yanıb

Hadisə Materials 6 Aprel 2016 13:19 (UTC +04:00)
Zərdabda yanğın faktı qeydə alınıb.
Zərdabda ev yanıb

Bakı. Trend:

Zərdabda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayonun Dəliquşçu kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan kürsülü, bir mərtəbəli 5 otaqlı evin bir otağında 6 kv.m sahədə ev əşyaları yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti