...

DİN Zaqatala polis məntəqəsində qumbara partlayışı barədə məlumat yaydı

Hadisə Materials 2 May 2016 12:57 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Zaqatala rayonunda polis məntəqəsindəki partlayış barədə məlumat yayıb.
DİN Zaqatala polis məntəqəsində qumbara partlayışı barədə məlumat yaydı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Zaqatala rayonunda polis məntəqəsindəki partlayış barədə məlumat yayıb.

Trend Nazirliyin saytına istinadən xəbər verir ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti