...

Tovuzda üstünə isti yemək aşıran uşaq dünyasını dəyişib

Hadisə Materials 4 May 2016 16:18 (UTC +04:00)
Tovuzda üzərinə isti yemək aşıran qız dünyasını dəyişib.
Tovuzda üstünə isti yemək aşıran uşaq dünyasını dəyişib

Bakı. Trend:

Tovuzda üzərinə isti yemək aşıran qız dünyasını dəyişib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzda azyaşlı yanaraq dünyasını dəyişib. Hadisə rayonun Hunanlar kəndində baş verib. 3 yaşlı Aysu Bağırzadə masa üzərinə qoyulan isti xörəyi üzərinə aşırıb. Nəticədə qol, qarın nahiyələrindən yanıq xəsarətləri alan qızcığaz Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Dərhal zərərçəkənə tibbi yardım göstərilib. Lakin bədənin 15 faizinin termiki yanığı diaqnozu qoyulan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti