...

Gömrükdə asayişi pozanlardan biri həbs edildi, 4 nəfər barəsində cinayət işi açıldı

Hadisə Materials 16 May 2016 19:07
Bu ilin mart və may aylarında Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük vergi və rüsumlarını ödəməkdən imtina edərək asayişi pozmağa cəhd göstərən şəxslərdən 1-i həbs olunub.
Gömrükdə asayişi pozanlardan biri həbs edildi, 4 nəfər barəsində cinayət işi açıldı

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu ilin mart və may aylarında Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda gömrük vergi və rüsumlarını ödəməkdən imtina edərək asayişi pozmağa cəhd göstərən şəxslərdən 1-i həbs olunub, 4 nəfər haqqında isə Qazax rayon polis şöbəsində araşdırma aparılır.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, bu il martın 25-i və mayın 13-də kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstana səyahət edən həmsərhəd rayonların bir qrup sakini Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda özləri ilə gətirdikləri şəxsi istehlak miqdarından artıq məhsullar üçün qanunvericiliklə müəyyən olunan gömrük vergi və rüsumlarını ödəməkdən imtina edib, gömrükçülər tərəfindən onlara dəfələrlə qanunvericiliyin tələbləri izah olunsa da, həmin şəxslər özləri ilə gətirdikləri məhsulları dövlət büdcəsinə çatacaq olan ödəmələri həyata keçirmədən gömrük sərhədindən keçirməyə çalışıblar. Üstəlik, həmin şəxslər vəzifə borcunu yerinə yetirərək onların bu hərəkətinin qarşısını almaq istəyən gömrükçüləri nalayiq ifadələrlə təhqir edib, gömrükçülərdən birinə xəsarət yetiriblər.

Hər iki hadisə zamanı Tövuz Gömrük İdarəsinin rəhbərliyi asayişin bərpa olunması üçün ərazidəki polis şöbəsinə müraciət edib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdən sonra gömrük postunun ərazisində asayiş tam bərpa olunub asayişi pozmaq istəyən şəxslər isə saxlanılaraq onlar haqqında araşdırma aparılıb.

Qazax rayon polis şöbəsində aparılan ilkin araşdırmadan sonra martın 25-də gömrük əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən Məmmədov Elvin Mansur oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən həbs qətimkan tədbiri seçilib.

Mayın 13-də asayişi pozmaqda şübhəli bilinən Qazax rayon sakinləri Əliyev Abdurrəhman Orucəli oğlu, Məmmədov Göyüş Nazim oğlu, Əsgərov Ələsgər Alyoşa oğlu və Nəbizadə Elgün İlyas oğlu barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510 (xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati tənbeh tədbiri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti