...

Şabranda iki yük avtomobili toqquşub, ölənlər var

Hadisə Materials 4 İyun 2016 08:03 (UTC +04:00)
Şabranda iki yük avtomobili toqquşub.
Şabranda iki yük avtomobili toqquşub, ölənlər var

Trend-i buradan izləyin

Bakı. Trend:

Şabranda iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonu ərazisində "Kamaz" və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunmuş, "Ford" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini çıxararaq aidiyyatı üzrə təhvil vermişlər.

Əməliyyat saat 04:32-də başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti