...

Bakıda cinsini dəyişən şəxsi qətlə yetirənin apelyasiya şikayətinə baxılıb

Hadisə Materials 18 İyun 2016 12:38 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsində cinsini dəyişən şəxsi qətlə yetirməkdə təqsirləndirilən Şahlar Əliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bakıda cinsini dəyişən şəxsi qətlə yetirənin apelyasiya şikayətinə baxılıb

Bakı. Samir Əli - Trend:

Bakı Apelyasiya Məhkəməsində cinsini dəyişən şəxsi qətlə yetirməkdə təqsirləndirilən Şahlar Əliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və şikayətə baxış iclası iyulun 1-nə təyin edilib.

Xatırladaq ki, ötən il Bakıda Ayla Dəmirovanı qətlə yetirməkdə təqsirləndirilən Ş.Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il azadlıqdan məhrum edilib. Qətlə yetirilən A.Dəmirova əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və adını dəyişdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti