...

İrana qızıl külçələr aparmaq cəhdi (FOTO)

Hadisə Materials 11 İyul 2016 13:29 (UTC +04:00)
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan vətəndaşının qızıl məmulatı əldə edərək İrana aparacağı barədə əməliyyat məlumatı daxil olub.
İrana qızıl külçələr aparmaq cəhdi (FOTO)

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan vətəndaşının qızıl məmulatı əldə edərək İrana aparacağı barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana piyada gedən Azərbaycan vətəndaşı saxlanılıb və qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun üzərindən, xüsusi olaraq hazırlanmış müxtəlif ölçülü ciblərdən ibarət parça kəmərin ciblərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd dördbucaqlı formalı, 585 əyarlı, ümumi çəkisi 6 kiloqram 331,20 qram olan qızıl külçə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti