...

Sumqayıtda ev yanıb

Hadisə Materials 1 Avqust 2016 14:55 (UTC +04:00)
Sumqayıt şəhərində vətəndaşa məxsus ev yanıb.
Sumqayıtda ev yanıb

Bakı. Trend:

Sumqayıt şəhərində vətəndaşa məxsus ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti