...

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Hadisə Materials 24 Avqust 2016 15:04 (UTC +04:00)
Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Bakı. Trend:

Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:09-da başa çatıb.

Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə də məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:15-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti