...

Sabirabadda evin mətbəxi yandı

Hadisə Materials 25 Avqust 2016 09:14 (UTC +04:00)
Gecə saatlarında Sabirabad rayonunda yanğın faktı qeydə alınıb.
Sabirabadda evin mətbəxi yandı

Bakı. Trend:

Gecə saatlarında Sabirabad rayonunda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qalağayın kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 12 m2 sahədə və soyuducu yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti