Bakı. Trend:
ABŞ-ın Yuta ştatında bir yeniyetmə güllələnib.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, hadisə Solt-Leyk-Siti ətrafında
iki sinif yoldaşının mübahisəsi nəticəsində baş verib.
Hadisə nəticəsində bir məktəbli iki güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.