Bakı. Trend:
Suriyanın şimalında Türkiyənin "Fərat Qalxanı" əməliyyatında iştirak edən 2 hərbçisi itkin düşüb.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargahında bildiriblər ki:
"Yerli vaxtla saat 15:30-da "Fərat Qalxanı" əməliyyatında iştirak edən 2 əskərlə əlaqə kəsilib. Regionda axtarışlar davam edir".
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "Fərat qalxanı" hərbi əməliyyatına başlayıb.