...

Çoban ehtiyatsızlıqdan atəş açdı - həmkəndlisini öldürdü

Hadisə Materials 15 Dekabr 2016 12:55 (UTC +04:00)
Ehtiyatsızlıq nəticəsində tüfəngdən açılan atəşlə Kürdəmir sakini ölüb.
Çoban ehtiyatsızlıqdan atəş açdı - həmkəndlisini öldürdü

Bakı. Trend:

Kürdəmirdə güllələnmə hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 14-də Kürdəmir rayonu Sovla kəndinin otlaq sahəsində kənd sakinləri Anar Kərimov və Saleh Tağıyev qoyun otararkən ehtiyatsızlıq nəticəsində tüfəngdən açılan atəşlə ölüm hadisəsi baş verib.

S.Tağıyevin ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə A.Kərimova xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş A.Kərimov orada ölüb.

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Tağıyev tutulub, ondan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti