...

Daşağıl gölündə suyun səviyyəsi qalxıb: insanlar təhlükəsiz əraziyə təxliyyə olunub

Hadisə Materials 18 Fevral 2017 04:55 (UTC +04:00)
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb
Daşağıl gölündə suyun səviyyəsi qalxıb: insanlar təhlükəsiz əraziyə təxliyyə olunub

Bakı. Trend:

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 12 nəfərin təhlükəsiz əraziyə təxliyyə olunmasını təmin ediblər.

Əməliyyat saat 20:29-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti