...

Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib

Hadisə Materials 23 Mart 2017 13:23 (UTC +04:00)
Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib.
Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib

Bakı. Trend:

Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti