...

Gədəbəydə ev yanıb

Hadisə Materials 17 Aprel 2017 09:29 (UTC +04:00)
Gədəbəy rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Gədəbəydə ev yanıb

Bakı. Trend:

Gədəbəy rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun İnəkboğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti