...

Gürcüstandan gətirilən qaçaqmal gömrükdə müsadirə olundu

Hadisə Materials 21 Aprel 2017 12:14 (UTC +04:00)
Avtomobildə gizlədilən qaçaqmal gömrükdə müsadirə olunub.
Gürcüstandan gətirilən qaçaqmal gömrükdə müsadirə olundu

Trend-i buradan izləyin

Bakı. Trend:

Avtomobildə gizlədilən qaçaqmal gömrükdə müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki dərman qutusunun içərisindən gömrük orqanına bəyan edilməyən 5 ədəd "Samsung Galaxy J 3" markalı mobil telefonlar, mobil telefonlara aid 5 ədəd qutu, nəqliyyat vasitəsinin salonundan 5 ədəd qidalandlrıcı başlıq və 5 ədəd USB kabeli, yük yerindən isə gömrük nəzarətindən gizlədilən 400 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti