...

Tokiodan havaya qalxan təyyarə geri qayıtdı - Mühərrikdə deşik səbəbindən

Hadisə Materials 8 İyun 2017 09:40 (UTC +04:00)
Amerikanın "Delta" aviaşirkətinə məxsus Tokiodan Detroyta uçan təyyarə havaya qalxdıqdan sonra geri qayıtmağa məcbur olub.
Tokiodan havaya qalxan təyyarə geri qayıtdı - Mühərrikdə deşik səbəbindən

Bakı. Trend:

Amerikanın "Delta" aviaşirkətinə məxsus Yaponiyanın paytaxtı Tokiodan Detroyta uçan təyyarə havaya qalxdıqdan sonra geri qayıtmağa məcbur olub.

Trend-in məlumatına görə, hadisə ilə bağlı açıqlama yayan Yaponiyanın Nəqliyyat Nazirliyi təyyarənin mühərrikində problem olduğunu qeyd edib.

276 saylı reysi həyata keçirən təyyarənin göyərtəsində 310 sərnişin və 17 ekipaj üzvü olub. İnsidentlə əlaqədar xəsarət alan olmayıb.

Geri qayıdan təyyarəyə baxış keçirilib və mühərrikin üst səthində 1х5 santimetr ölçüsündə deşik aşkar edilib. Uçuşdan öncə texniki yoxlamadan keçən təyyarədə heç bir problem olmadığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti