...

Kür çayında 1 nəfər batıb

Hadisə Materials 23 İyul 2017 19:37 (UTC +04:00)
Kür çayında 1 nəfər batıb
Kür çayında 1 nəfər batıb

Bakı. Trend:

Kür çayında 1 nəfər batıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Bərdə rayonu, Yeni Əyricə kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılıb.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti