...

Bakıda mənzildə meyit tapılıb

Hadisə Materials 9 Avqust 2017 21:30 (UTC +04:00)
Bakıda mənzildə 51 yaşlı kişi meyiti tapılıb
Bakıda mənzildə meyit tapılıb

Bakı. Trend:

Bakıda mənzildə 51 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1966-cı il təvəllüdlü Drojin Aleksandr Nikoloyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:30-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti