...

Paytaxtda "Azərişıq"a məxsus transformator yanıb

Hadisə Materials 10 Avqust 2017 04:43 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Paytaxtda "Azərişıq"a məxsus transformator yanıb

Bakı. Trend:

Bakı şəhəri, Xəzər rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,Bakı şəhəri, Xəzər rayonunda “Azərişıq” ASC-yə məxsus gücü 630 kVt olan transformatorun daxilində 1 ədəd elektrik açarı və çıxış kabelləri 3 p.m yanıb.

Yanğından transformatorun qalan hissəsi mühafizə olunub.

Yanğın saat 20:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti