...

Bakı sakininə qarşı soyğunçuluq edənlər tutulub

Hadisə Materials 11 Avqust 2017 16:01 (UTC +04:00)
Bakı şəhər sakini İlqar Ağayevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər tutulublar.
Bakı sakininə qarşı soyğunçuluq edənlər tutulub

Bakı. Trend:

Bakı şəhər sakini İlqar Ağayevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 10-da saat 2 radələrində Nəsimi rayonunun Moskva prospektində 2 naməlum şəxs Bakı şəhər sakini İ.Ağayevə zor tətbiq edərək pulunu və mobil telefonunu alıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağdam rayon sakini Ruslan Məhərrəmov və Yevlax rayon sakini Elxan Zeynalov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti