...

Tovuzda 37 yaşlı qadını ilan vurdu

Hadisə Materials 14 Avqust 2017 16:26 (UTC +04:00)
Tovuz rayonunda 37 yaşlı qadını ilan sancıb
Tovuzda 37 yaşlı qadını ilan vurdu

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda 37 yaşlı qadını ilan sancıb. Bu barəfə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Hüseynova Kəmalə Sabir qızını həyətlərində ilan sancıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti