...

Ötən ay Azərbaycandan 1000-ə yaxın əcnəbi çıxarılıb

Hadisə Materials 15 Avqust 2017 12:54 (UTC +04:00)
İyul ayı ərzində əcnəbi və vətəndaşlığı olmayan 999 şəxs ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunub.
Ötən ay Azərbaycandan 1000-ə yaxın əcnəbi çıxarılıb

Bakı. Elçin Mehdiyev - Trend:

İyul ayı ərzində əcnəbi və vətəndaşlığı olmayan 999 şəxs ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunub.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyul ayı ərzində Bakı şəhərində, həmçinin Respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 2803 qərar qəbul edilib ki, onlardan 264-ü ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 1268-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 999-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 245-i Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 27-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.

Hesabat dövrü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 126217 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti