...

Ağcabədidə top mərmisi aşkarlanıb (FOTO)

Hadisə Materials 25 Avqust 2017 13:15 (UTC +04:00)
Ağcabədidə top mərmisi aşkar edilib.
Ağcabədidə top mərmisi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Ağcabədidə top mərmisi aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu Avşar kəndində qazıntı işləri aparılan ərazidə 1 ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə asfalt yolun kənarında qazıntı aparılan hissəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 122 mm-lik iynəli top mərmisi (Ş-1) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 2 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti