...

Bərdədə kanalda avtomobil batıb

Hadisə Materials 26 Avqust 2017 08:44 (UTC +04:00)
Bərdə rayonu, Bəcirəvan kəndində kanalda avtomobil batıb
Bərdədə kanalda avtomobil batıb

Bakı. Trend:

Bərdə rayonu, Bəcirəvan kəndində kanalda avtomobil batıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ su kanalının Bərdə rayonu, Bəcirəvan kəndindən keçən hissəsinə, “VAZ” markalı minik avtomobili düşüb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hazırda axtarış işləri aparılır. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti